Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri parlament çoxluğunu tərk edib

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri parlament çoxluğunu tərk edib Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu “Mühafizəkarlar” fraksiyası tərk edib.
Xarici siyasət
15 Noyabr , 2019 12:36
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri parlament çoxluğunu tərk edib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu “Mühafizəkarlar” fraksiyası tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə fraksiyanın üzvü, parlamentin sədr müavini Zviad Dzidziquri bildirib.

Onun sözlərinə görə, fraksiyanın çoxluğu tərk etməsinin səbəbi ötən gün qanunverici orqanda hakim partiyanın təşəbbüskarı olduğu proporsional seçki sisteminin dəstəklənməməsidir.

Qeyd edək ki, Z. Dzidziquri Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir. “Mühafizəkarlar” fraksiyasında bir neçə deputatla yanaşı, azərbaycanlı deputat Ruslan Hacıyev də təmsil olunur. O, fraksiyanın katibidir.

Ötən gün parlament çoxluğunu 10-a yaxın deputat tərk edib. Onlardan biri vitse-spiker, üçü isə komitə sədridir.

Son xəbərlər

Orphus sistemi