GUAM ölkələrinin XİN başçıları Nyu-Yorkda bir araya gələcək

GUAM ölkələrinin XİN başçıları Nyu-Yorkda bir araya gələcək XİNŞ-in iclası BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçiriləcək
Xarici siyasət
11 Sentyabr , 2017 15:07
GUAM ölkələrinin XİN başçıları Nyu-Yorkda bir araya gələcək
Report

Bakı. 11 sentyabr. REPORT.AZ / GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçiriləcək. 

"Report"un xəbərinə görə, iclasa hazırlıq məsələsi Kiyevdə GUAM Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 42-ci görüşündə müzakirə olunub.

MƏŞ həmçinin BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində "GUAM+" formatındakı görüşlərlə bağlı məsələlərə baxıb.

Xatırladaq ki, BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışı sentyabrın 12-də gözlənilir.

Son xəbərlər

Orphus sistemi