GUAM ölkələrinin gömrük orqanları çoxtərəfli əməkdaşlıq sahəsində protokol imzalayıb

GUAM ölkələrinin gömrük orqanları çoxtərəfli əməkdaşlıq sahəsində protokol imzalayıb Sənəddə "Yeni İpək Yolu" layihəsində GUAM-ın mövqeyinin möhkəmləndirilməsi nəzərdə tutulur
Xarici siyasət
21 Dekabr , 2016 15:57
GUAM ölkələrinin gömrük orqanları çoxtərəfli əməkdaşlıq sahəsində protokol imzalayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ GUAM ölkələrinin gömrük orqanları çoxtərəfli əməkdaşlıq sahəsində protokol imzalayıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, tərəflərin açıqladığı məqsəd GUAM regionunun tranzit potensialının və investisiya cəlbediciliyinin artırılması, eləcə də "Yeni İpək Yolu" layihəsində blokun mövqeyinin möhkəmləndirilməsidir.

Əməkdaşlıq üçün əsas sahələr kimi gömrük işinin hüquqi-saziş bazasının təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, informasiya mübadiləsinin inkişafı müəyyənləşdirilib. GUAM-a üzv ölkələr arasında ilkin gömrük informasiyası mübadiləsi prosedurunun tətbiqi isə xüsusi tapşırıq kimi qoyulub.

Protokola əsasən, GUAM-a üzv ölkələr, eləcə də GUAM və "Yeni İpək Yolu" layihəsinin iştirakçıları arasında dövlət sərhədlərindən keçən əmtəə və nəqliyyat vasitələri barədə ilkin bildiriş verilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi