GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlığı müzakirə edib

GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlığı müzakirə edib Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstanın səfiri David Bakradzenin, Moldovanın səfiri Eugen Karasın və Ukraynanın səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.
Xarici siyasət
476
14 Avqust , 2020 08:09
GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstanın səfiri David Bakradzenin, Moldovanın səfiri Eugen Karasın və Ukraynanın səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.      

Bu barədə "Report"a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, iştirakçılar ABŞ-dakı GUAM Səfirlikləri arasında əməkdaşlığın hazırkı səviyyəsi barədə müzakirə aparmış və ümumi maraqlar əsasında gələcək birgə təşəbbüslər barədə qərara gəliblər.

Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviq edilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, sözügedən formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi