GUAM ölkələri əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

GUAM ölkələri əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Milli Koordinatorlar Şurasının videokonfrans formatında iclası keçirilib.
Xarici siyasət
1 Dekabr , 2020 17:10
GUAM ölkələri əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Milli Koordinatorlar Şurasının videokonfrans formatında iclası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Gürcüstanı toplantıda ölkənin xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili təmsil edib.

Onlayn görüşdə tərəflər təşkilatın koronavirus pandemiyası dövründə fəaliyyətini və gündəlikdə duran aktual məsələləri müzakirə ediblər.

Tərəflər həmçinin “GUAM+” formatı çərçivəsində qarşılıqlı əlaqələr və digər ölkələrlə də əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

Videokonfrans zamanı təşkilata üzv ölkələr arasında siyasi və sektorlararası qarşılıqlı əlaqələrin gücləndirilməsinin zəruriliyi vurğulanıb, həmçinin əməkdaşlığın inkişafı üçün gələcək planlar də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi