GUAM Azərbaycanı Konstitusiya Günü münasibətilə təbrik edib

Xarici siyasət
  • 12 noyabr, 2023
  • 09:41
GUAM Azərbaycanı Konstitusiya Günü münasibətilə təbrik edib

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM katibliyi Azərbaycan xalqını 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir:

“Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edir və ən xoş arzularımızı çatdırırıq”.

Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. Qurum 10 oktyabr 1997-ci ildə yaradılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti