Yuxarı
    Bağlamaq

    Gəncədə Təbriz məhsullarının satılması üçün mərkəz tikiləcək - FOTO

    İranın Şərqi Azərbaycan vilayətinin valisi Gəncədə səfərdə olub

    Bakı. 21 oktyabr. REPORT.AZ/ "Tarix boyu Gəncə ilə Təbriz arasında daim əlaqələr olub. Bizim bura gəlişimizdə məqsəd bu tarixi əlaqələri yenidən bərpa etməkdir". "Report"un məlumatına görə, bu sözləri Gəncə şəhərində səfərdə olan İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə deyib. 

    Nümayəndə heyəti ilə Gəncədə səfərdə olan qonaqlar şəhərlə tanışlıqdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər. Görüşdə qardaşlaşan hər iki şəhərin daha da yaxınlaşması üçün Təbrizdə Gəncə günlərinin, Gəncədə isə Təbriz günlərinin təşkil olunması qərara alınıb. 

    Görüşdə həmçinin Təbriz vilayətində istehsal olunan məhsulların sərgilənməsi və satılması üçün Gəncədə mərkəzin tikilməsi üçün tərəflər arasında razılıq əldə edilib. 

    Gəncəyə səfəri davam edən iranlı qonaqlar İmamzadə Dini Memarlıq Kompleksində aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi