Yuxarı
    Bağlamaq

    Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib - FOTO

    Tədbirdə bir sıra rəsmi şəxlər və qonaqlar iştirak edib© Report.az

    Gəncə. 26 may. REPORT.AZ/ Gəncə şəhərində Gürcüstanın Müstəqillik Günü qeyd edilib.

    "Report"un Qərb bürosunun məlumatına görə, Gürcüstanın Gəncədəki Baş Konsulluğu tərəfindən keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze, Türkiyənin Gəncədəki baş konsulu Orxan İşıq, digər rəsmi şəxslər, media işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Tədbirdə ilk olaraq Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Daha sonra Gürcüstanın Gəncədəki baş konsulu çıxış edərək, ölkəsinin müstəqillik tarixindən və keçdiyi yoldan danışıb. Çıxışında Gürcüstanın Azərbaycanla əməkdaşlığının hər iki ölkə üçün önəmli olduğunu deyən Mamuka Balavadze buna Bakı-Supsa, Bakı-Tiblisi-Ceyhan neft kəməri və Bakı-Tiblisi-Ərzurum qaz kəməri layihələrini misal göstərib.

    “Ölkələrimiz arasında olan münasibətlər regionlar arasında da uğurla inkişaf edir. Keçən il Gürcüstanın Baş Konsulluğunun təşəbbüsülə Gəncə şəhər İçra Hakimiyyətinin başçısı Elmar Vəliyev Kutaisi şəhərində rəsmi səfərdə olub. Gəncə və Kutaisi şəhərləri arasında dostluq müqaviləsi imzalanıb. Xoşdur ki, münasibətlər bu gün daha da inkişaf edir və dərinləşir.”

    M.Balavadze çıxışının sonunda 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına və prezident İlham Əliyevə təbriklərini çatdırıb.

    Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək əlamətdar gün münasibətilə Gürcüstan xalqına həmçinin tədbirdə iştirak edən gürcüstanlı rəsmi şəxslərə xoş arzularını bildirib və xalqlarımızın qədim dostluğunda regional əhəmiyyətli layihələrin həyata keçirilməsinin iki ölkənin sakinlərinin rifahına müsbət təsirini vurğulayıb.

    Gəncə və Kutaisi şəhərlərinin dostluq əlaqələrini planlaşdırılan bir sıra tədbirlərlə daha da möhkəmlənəcəyini bildirən E.Vəliyev Kutaisidə rəsmi səfərdə olduğu zaman göstərilən diqqətin hər iki xalq arasında olan dostluğun nümünəvi göstəricisi olduğunu bildirib.

    Çıxışlardan sonra Gürcüstan mədəniyyətini, mətbəxini, şəhərlərini, insanlarının həyat tərzini əks etdirilən videoçarx nümayiş etdirilib, qonşu ölkənin milli mətbəxinin təamları təqdim olunub.

    Qeyd edək ki, Gürcüstan müstəqlliyini 1918-ci ilin 26 mayında elan edib və bu, 1921-ci ilin fevralınadək davam edib. Ölkə ikinci müstəqlliyini 1991-ci il aprelin 9-da qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi