Gələn ay Praqada Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn ay Praqada Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçiriləcək Növbəti ay Praqada Azərbaycan-Çex Respublikası hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Xarici siyasət
26 Yanvar , 2023 14:25
Gələn ay Praqada Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Fevral ayında Praqada Azərbaycan-Çex Respublikası hökumətlərarası komissiyasının iclası keçiriləcək.

"Report" xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlacek Xarici İşlər Nazirliyində keçirilən tədbirdə deyib.

Diplomat Azərbaycanla yalnız iqtisadi əlaqələrə təkan verilməsinə deyil, eyni zamanda, mədəniyyət və turizm sahəsində də əməkdaşlığın daha da inkişafına çalışacağını bildirib.

O, Azərbaycan Milli Məclis sədrinin və xarici işlər nazirinin Çexiyaya dəvət olunduğu və bu səfərləri səbrsizliklə gözlədikləri vurğulayıb.

Qeyd edək ki, yanvarın 26-da Xarici İşlər Nazirliyində Azərbaycan və Çex Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Son xəbərlər

Orphus sistemi