Gələn ay Azərbaycanla BMT arasında yeni sənəd imzalanacaq

Gələn ay Azərbaycanla BMT arasında yeni sənəd imzalanacaq “Bu ilin iyunun 13-də Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə memarandum imzalayacağıq”.
Xarici siyasət
23 May , 2022 11:39
Gələn ay Azərbaycanla BMT arasında yeni sənəd imzalanacaq
Aygün Əliyeva

“Bu ilin iyunun 13-də Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə memarandum imzalayacağıq”.

“Report”un xəbərinə görə, bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O xatırladıb ki, agentlik artıq bir ilə yaxındır fəaliyyət göstərir: "Biz artıq 6 aydır ki, görüşlər keçiririk. Bu yaxınlarda Qubada ictimai şuralarla regional konfrans keçirdik. Orada eyni zamanda QHT ofislərində də görüşlər keçirilib. Lakin ictimai şuralarla bağlı vəziyyət kifayət qədər qənaət bəxş deyil. Biz çalışırıq ki, bu problemlər aradan qaldırılsın. Onların bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi