“Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb”.
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.
“Bu qrup da ilk növbədə Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görürdü. Ancaq iyunun əvvəlindən Ermənistan seçkilərlə əlaqədar olaraq bu qrupdakı öz iştirakını bitmiş hesab etdi. İyun ayında orada seçkilər keçirildi və avqustun ortalarında bu qrup yenidən bir araya gəldi. Yəqin ki, gələn ay yenə də görüşəcəklər. Hesab edirəm ki, bu qrup önəmli formatdır. Çünki hələ bir nəticə olmasa da, bir təmas var. Təmas indiki şəraitdə lazımlı bir vasitədir və bu təmaslar əsnasında bir çox məsələlər həll edilə bilər”, - Prezident vurğulayıb