Gela Vasadze: “Gürcüstanda Azərbaycan və Ermənistan rəsmilərinin görüşünün keçirilməsi məqsədəuyğundur”

Gela Vasadze: “Gürcüstanda Azərbaycan və Ermənistan rəsmilərinin görüşünün keçirilməsi məqsədəuyğundur” “Tbilisi Azərbaycan və Ermənistanın rəsmiləri, ekspertləri, işçi qrupları üçün görüş və dialoq platformasına çevrilə bilər”.
Xarici siyasət
4 Noyabr , 2023 14:29
Gela Vasadze: “Gürcüstanda Azərbaycan və Ermənistan rəsmilərinin görüşünün keçirilməsi məqsədəuyğundur”

“Tbilisi Azərbaycan və Ermənistanın rəsmiləri, ekspertləri, işçi qrupları üçün görüş və dialoq platformasına çevrilə bilər”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə gürcü politoloq Gela Vasadze deyib.

Onun sözlərinə görə, sülh sazişinin harada imzalanacağı o qədər də vacib deyil, ən əsası onun imzalanmasıdır. O əlavə edib ki, bu, çox iş tələb edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan artıq Cənubi Qafqaz ölkələrinin iştirakı ilə üçtərəfli platformanın yaradılması təklifini irəli sürüb: “Belə bir təkliflə vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə bu təşəbbüsü dəstəkləyib”.

F.Şəfiyevin sözlərinə görə, hələlik Ermənistandan bu təklifə cavab yoxdur.

BMTM-nin rəhbəri bildirib ki, Gürcüstan Ermənistan və Azərbaycan nümayəndələrinin görüşüb müzakirələr apara biləcəyi yerdir: "Buna misal olaraq bu yaxınlarda Tbilisidə keçirilən və Cənubi Qafqazın üç ölkəsinin baş nazirlərinin iştirak etdiyi İpək Yolu Forumunu göstərmək olar".

Son xəbərlər

Orphus sistemi