Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir

Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir Fransada bugünkü siyasi böhran Prezident Emmanuel Makronun yanlış idarəçiliyi və yanlış qərarlarının nəticəsidir.
Xarici siyasət
9 Dekabr , 2024 20:37
Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir

Fransada bugünkü siyasi böhran Prezident Emmanuel Makronun yanlış idarəçiliyi və yanlış qərarlarının nəticəsidir.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Makronun bu cür siyasəti Fransa vətəndaşları arasında getdikcə daha çox narazılıq yaradıb və bu, yayda Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrində də özünü göstərib.

“Məhz belə gedişata görə Makron Fransa parlamentini yenidən formatlaşdırmaq qərarına gəldi və növbədənkənar seçkilər təyin etdi. Amma o, inandıra bilmədi. Faktiki olaraq parlamentdə üç əsas siyasi qüvvə – ultrasağçılar, ultrasolçular və Makronun özünün partiyası yer aldı, ancaq hökuməti parlament azlığı formalaşdırdı”, - Hüseynəliyev bildirib.

Agentliyin direktoru xatırladıb ki, dekabrın 4-də Fransa parlamenti son 62 ildə ilk dəfə hökumətə etimadsızlıq votumu verib. “Hətta ultrasağ və ultrasol partiyalar da bu məqsədlə birləşdilər. Fransa tarixində heç vaxt baş verməyən hadisə yaşandı. Makron iki tamamilə fərqli qüvvəni ortaq məxrəcə gətirməyi bacardı”, - o vurğulayıb.

F.Hüseynəliyev onu da qeyd edib ki, Makron indi hakimiyyətdən bərk-bərk yapışıb, ona qarşı yönələn heç bir tənqidi qəbul etmir, yalnız məhdud sayda olan yaxın çevrəsi ilə məsləhətləşir və bütün bunları yerli mətbuatda dərc olunan məqalələr sübut edir.

Onun sözlərinə görə, hazırkı şərait onu göstərir ki, Makron, çox güman, səlahiyyət müddətinin sonuna qədər postunda qala bilməyəcək.

“Fransa hökumətinin istefası ilk siqnaldır, yeni hökumətə kimin rəhbərlik edəcəyi hələ məlum deyil. Yeni hökumətin nə qədər davamlı olacağı da ciddi sual doğurur. Son hökumət Beşinci Respublikanın tarixində ən qısaömürlü hökumət oldu. O, hakimiyyətdə cəmi üç ay davam gətirə bildi.

Bütün bunların fonunda Makronun reytinqi sürətlə azalmağa davam edir. Son rəy sorğularına görə, fransızların 56 faizi Makronun istefasını dəstəkləyir. Belə şəraitdə daha iki il dözmək isə çox çətin olacaq”, - F.Hüseynəliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi