Fuad Hüseynəliyev: Frank Şvabenin bəyanatları sağlam düşüncəyə sığmır

Fuad Hüseynəliyev: Frank Şvabenin bəyanatları sağlam düşüncəyə sığmır Avropada anti-Azərbaycan ritorikasının artması Vətən müharibəsi başa çatdıqdan və daha sonra Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpasından sonra başlayıb.
Xarici siyasət
28 Avqust , 2024 15:01
Fuad Hüseynəliyev: Frank Şvabenin bəyanatları sağlam düşüncəyə sığmır

Vətən müharibəsinin başa çatması və ardınca da Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpasından sonra Avropada anti-Azərbaycan ritorika özünü qabarıq formada göstərmiş oldu.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına müsahibəsində deyib.

“Bu proses Avropa Parlamenti də daxil olmaqla ayrı-ayrı Avropa strukturlarının hesablamaları və siyasəti ilə uzlaşmırdı. Biz bilirik ki, Avropa parlamentində Azərbaycana qarşı münasibət necədir və onu sevmirlər”, - o qeyd edib.

Direktor bildirib ki, ərazi bütövlüyünün bərpası ilə bağlı Azərbaycanda gedən proseslər Avropanın müəyyən strukturlarının siyasətinə uyğun gəlmir, çünki onlar ölkəmiz üzərində təsir rıçaqlarını itirirlər.

Almaniya parlamentinin deputatı Frank Şvabenin anti-Azərbaycan bəyanatlarına gəlincə, F.Hüseynəliyev qeyd edib ki, bu, ölkənin səsinin AŞPA-da alınması cəhdinə cavab olaraq Azərbaycanın bu qurumda iştirakını dayandırması ilə bağlı ola bilər: “Bu, həm təşkilata, həm də xüsusən də Frank Şvabeyə təsir edib”.

F.Hüseynəliyev xatırladıb ki, AŞPA-da Azərbaycanın fəaliyyətini məhdudlaşdırmaq cəhdindən sonra Bakı bu təşkilatın müşahidəçilərini seçkilərə dəvət etməyi dayandırıb və bu da onun nümayəndələrinin qəzəbinə səbəb olub:

“Əgər hər hansı ölkəni təşkilatda səsvermə hüququndan məhrum edirlərsə, o zaman niyə ölkə sizi seçkilərini müşahidə etməyə dəvət etməlidir? Şvabenin buradakı iddialarının məntiqi sağlam düşüncə çərçivəsinə qətiyyən uyğun gəlmir. Ola bilsin ki, AŞPA-da mövqelərinin uzaqgörən olmadığını anlayıblar. Rəsmi Bakının reaksiyasını görüb düşünürlər ki, Azərbaycanla belə qarşıdurmaya getməyə dəyməz”.

Son xəbərlər

Orphus sistemi