Heinui Le Kaill: Fransanın Polineziyada vaxtilə keçirdiyi nüvə sınağının acı fəsadlarını çəkirik

Heinui Le Kaill: Fransanın Polineziyada vaxtilə keçirdiyi nüvə sınağının acı fəsadlarını çəkirik Fransanın Polineziyada vaxtilə keçirdiyi nüvə sınağının acı fəsadlarını çəkirik.
Xarici siyasət
30 May , 2024 16:29
Heinui Le Kaill: Fransanın Polineziyada vaxtilə keçirdiyi nüvə sınağının acı fəsadlarını çəkirik

Fransanın Polineziyada vaxtilə keçirdiyi nüvə sınağının acı fəsadlarını çəkirik.

“Report” xəbər verir ki, bunu Fransız Polineziyası Assambleyasının Təhsil, Gənclər və İdman Komissiyasının sədri Heinui Le Kaill mayın 30-da Milli Məclisdə keçirilən "Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər" mövzusunda konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransanın vaxtilə həyata keçirdiyi nüvə sınaqları Polineziyada xəstələrin sayına ciddi təsir göstərib:

“Şüa səbəbilə xəstələrin sayı artıb. Fransanın vaxtilə həyata keçirdiyi nüvə sınağının əziyyətinin yerli xalq, yəni biz çəkirik. Biz vaxtilə nüvə sınağı aparmış Fransadan götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etmişik. Onlar nüvə sınağını iradəmizin əksinə olaraq, bizim ərazilərimizdə keçiriblər”.

Heinui Le Kaill vurğulayıb ki, 1985-ci ildən bəri şüadan əziyyət çəkən insanların sağalması üçün 910 milyon avro vəsait xərclənib, ancaq onların 51 faizi həyatını itirib:

“Burada Fransanın bizə heç bir dəstəyi yoxdur. 1966-cı ildə birinci dəfə nüvə atışı edərkən həmin ərazidə 100 min adam var idi, Fransa öz əhalisini qorumaq üçün nüvə sınağını bizim ərazilərimizdə həyata keçirmişdi və biz bir növ qurban verilmişdik”.

Son xəbərlər

Orphus sistemi