Fransız Polineziyası nümayəndəsi: Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir

Fransız Polineziyası nümayəndəsi: Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir.
Xarici siyasət
30 May , 2024 15:36
Fransız Polineziyası nümayəndəsi: Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir

Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir.

“Report” xəbər verir ki, bunu Fransız Polineziyasının Tavini Huiraatira Partiyasının sədr müavininin xarici əlaqələr üzrə müşaviri, Punaauia şəhərində Tavini-nin baş koordinatoru Marania Vaianui Azərbaycan parlamentində mayın 30-da keçirilən, "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, onların öz müqəddəratlarını təyin etmək hüququ var.

“Qətnaməyə əsasən, biz müstəmləkəçilikdən azad olmalıyıq. 193 ölkə dəstək göstərməlidir ki, biz xalq kimi azad olaq. Biz bu gün də, gələcəkdə də okeanın zənginliklərindən istifadə imkanına sahib olmalıyıq. Arzu edirəm ki, ölkəmiz tam suverenliyə sahib olacaq”, - Marania Vaianui qeyd edib.

Son xəbərlər

Orphus sistemi