Fransanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib

Fransanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib Qonağa Şəhidlər xiyabanının tarixi barədə məlumat verilib
Xarici siyasət
27 May , 2018 20:10
Fransanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drianın başçılıq etdiyi nümayəndə heyəti mayın 27-də Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

“Report” xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi