Yuxarı

Fransanın Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı artıb

Bu ilin ilk dörd ayı ərzində Azərbaycan vətəndaşlarına 4 mindən çox viza verilib

Bakı. 27 may. REPORT.AZ/ 2012-ci illə müqayisədə Fransa səfirliyinin Azərbaycan vətəndaşlarına verdiyi vizaların sayı 2.5 dəfə artıb. "Report"un verdiyi məlumata görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu ilin ilk dörd ayı ərzində səfirlik Azərbaycan vətəndaşlarına 4131 viza verib: "Müraciət edənlərdən yalnız 4.79 faizinə viza verilməyib. Müqayisə üçün bildirək ki, səfirlik tərəfindən 2012-ci ilin yanvar-aprel ayları ərzində 1988 viza verilib". 

P.Mönye qeyd edib ki, səfirlik vizanın verilməsi prosedurunu yaxşılaşdırmaq məqsədilə TLS Contact şirkətini bu işə cəlb edib, eyni zamanda, səfirliyin konsulluq şöbəsinin işçilərinin sayı da artırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi