Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pisləyib

Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pisləyib Fransa Senatının üzvü Natali Qule Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.
Xarici siyasət
27 yanvar 2023 14:20
Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pisləyib

Fransa Senatının üzvü Natali Qule Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.

"Report" xəbər verir ki, bu barədə fransalı senator tviter səhifəsində yazıb.

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən, bir təhlükəsizlik əməkdaşının öldüyü, bir neçəsinin isə yaralandığı hücumu kəskin şəkildə pisləyirəm. Mərhum Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - o qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Son xəbərlər

Orphus sistemi