Fransa səfirliyi Şengen razılaşmasının bu ölkədə müvəqqəti dayandırılmasını şərh edib
Xarici siyasət
- 11 noyabr, 2015
- 05:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 noyabr. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfirliyi Şengen razılaşmasının qüvvədə olma müddətinin bu ölkədə müvəqqəti dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Fransa səfirliyindən "Report"a bildiriblər ki, bu qərar Parisdə iqlim üzrə Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar qəbul edilib və Azərbaycan vətəndaşlarına vizaların verilməsinə təsir etməyəcək.
"Bu ilin noyabr ayının 13-dən dekabr ayının 13-dək Parisdə keçiriləcək COP21 iqlimin dəyişməsi məsələləri üzrə Beynəlxalq Konfrans ilə əlaqədar Fransada daxili sərhəd nəzarətinin bərpa olunmasına baxmayaraq, Fransa səfirliyi vizaları adi rejimdə verməyə davam edəcək", - səfirlikdən bildiriblər.
Son xəbərlər
02:09
ABŞ-də 2027-ci ilin oktyabrınadək muxtar döyüş sistemləri komandanlığı yaradılacaq
Digər ölkələr
01:41
Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında danışıqlara hazırlıq görülür
Digər ölkələr
01:16
İtaliyada yanacağın qiymətinə görə keçirilən etirazlar ərzaq tədarükündə fasilələrə səbəb olub
Digər ölkələr
01:01
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
Futbol
00:50
Tramp ABŞ-nin İran məsələsində Rusiya və Çinlə əməkdaşlıq etdiyini bildirib
Digər ölkələr
00:32
ABŞ Səudiyyə Ərəbistanından bəzi dövlət qulluqçularının təxliyəsini tapşırıb
Digər ölkələr
00:07
FIBA Avropa Kuboku: "Neftçi" növbəti oyununda da məğlub olub
Komanda
23:57
Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşdığını bildirib - Əlavə olunub
Digər ölkələr
23:55
Azərbaycanla Portuqaliya investisiya imkanlarını müzakirə edib
Xarici siyasət