Fransa səfiri: “Yeni XİN başçısı ilə işin davam etdiriləcəyini səbirsizliklə gözləyirik”

Fransa səfiri: “Yeni XİN başçısı ilə işin davam etdiriləcəyini səbirsizliklə gözləyirik” "O, Azərbaycanda təhsil sistemini müasirləşdirmək üçün çox böyük işlər görüb"
Xarici siyasət
17 İyul , 2020 11:05
Fransa səfiri: “Yeni XİN başçısı ilə işin davam etdiriləcəyini səbirsizliklə gözləyirik”
Zahari Qross

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycanın Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib.

“Report” xəbər verir ki, səfir “Twitter” hesabından təbrikini çatdırıb.

“Ceyhun Bayramovu xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirik. Hörmətli, soyuqqanlı və səmərəli liderdir. O, Azərbaycanda təhsil sistemini müasirləşdirmək üçün çox böyük işlər görüb. Yeni vəzifəsində onunla birlikdə işləməyə davam edəcəyimizi səbirsizliklə gözləyirik”, - təbrikdə deyilir.

Qeyd edək ki, iyulun 16-da dövlət başçısının sərəncamı ilə Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad edilərək Xarici İşlər naziri vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi