Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib

Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib Fransanın Azərbaycandakı səfiri Zakari Qross mina partlaması nəticəsində iki Azərbaycan vətəndaşının həlak olması ilə bağlı başsağlığı verib.
Xarici siyasət
1 Oktyabr , 2022 12:13
Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib

Fransanın Azərbaycandakı səfiri Zakari Qross mina partlaması nəticəsində Füzulidə iki vətəndaşın həlak olması ilə bağlı başsağlığı verib.

"Report"un məlumatına görə, bu barədə səfir tviter səhifəsində yazıb.

“Füzuli rayonu ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində Amid Əsədov və Çərkəz Quluzadənin həlak olması xəbəri məni kədərləndirdi”, - paylaşımda deyilir.

Xatırladaq ki, sentyabrın 30-u Füzuli rayonunun Yuxarı Dilağarda kəndi ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Son xəbərlər

Orphus sistemi