Fransa parlamentinin sədri: "Bütün səylərimiz Ermənistan-Azərbaycan dialoqunun bərpasına yönəlib"

Xarici siyasət
  • 13 yanvar, 2023
  • 11:36
Fransa parlamentinin sədri: Bütün səylərimiz Ermənistan-Azərbaycan dialoqunun bərpasına yönəlib
Yael Braun-Pivet

“Bütün səylərimiz Ermənistanla Azərbaycan arasında dialoqun bərpasına və sülhə yönəlib”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet deyib.

O bildirib ki, mümkün sülhə və dialoqa aparan yol tükənmədikcə və bununla bağlı bütün yolları sınamamış başqa tədbirləri tətbiq etmək yersizdir: “Enerjimiz 100 faiz bu istiqamətdə yönəlib”.

Spikerin sözlərinə görə, Fransa rəhbərliyi hesab edir ki, Ermənistanla Azərbaycan arasında dialoqun bərpası ən mühüm məsələdir.

44 filmi