Frank Şvabe kimilər erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar - RƏY

Frank Şvabe kimilər erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar - RƏY Frank Şvabe kimilər erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar.
Xarici siyasət
28 Avqust , 2024 11:34
Frank Şvabe kimilər erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar - RƏY

Frank Şvabe kimilər erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar.

Bunu “Report”a açıqlamasında VI çağırış Milli Məclis deputatı Vüqar İskəndərov deyib.

“Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, həmçinin lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə dövlət suverenliyinin bərpa edilməsi dostlarımızı sevindirdiyi qədər düşmənlərimizi dərin kədərə qərq edib. Həmin düşmən qüvvələr bu kədərlərini, məğlubiyyət acılarını söndürmək üçün bütün gücləri ilə Azərbaycana diş qıcıyır, dağıdıcı, yırtıcı xislətləri ilə bütün tribunlardan bizə qarşı hücuma keçməyə çalışırlar. Bu cür məkrli qüvvələr eyni zamanda Avropa Şurasında “yuva salıblar” ki, bu da həmin qurumun da anti-Azərbaycan mövqeyindən qaynaqlanır”,-o qeyd edib.

V.İskəndərov vurğulayıb ki, bu sırada almaniyalı deputat Frank Şvabe xüsusilə fərqlənir: “Bu gün Frank Şvabe və onun kimi digər bir neçə şəxsin Qərbin, Avropanın müxtəlif tribunalarında Azərbaycan hədəfə alması, bizə qarşı iftira yağdırması heç də təsadüfi deyil. Bu baxımdan Frank Şvabe “Azadlıq Radiosunda” 23 avqust tarixində dərc edilmiş müsahibəsi də diqqətdən yayınmamalıdır”.

Vüqar İskəndərov
Vüqar İskəndərov

VI çağırış deputatı söyləyib ki, Şvabe müsahibə zamanı Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib: “Bu azmış kimi o, müsahibəsində Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib. Təbii ki, burada ilk olaraq ortaya “AŞPA niyə Azərbaycana qarşı ayrı-seçkilik nümayiş etdirir?”, “Azərbaycan nümayəndə heyətinin mandatı niyə hələ də bərpa edilmir?” sualları çıxır. Lakin Şvabenin önə verilməsi, əslində, bu suallara cavabdır. O mənada ki, AŞPA ruhunu erməni lobbisinə, erməniçiliyə təslim edib”.

V.İskəndərov əlavə edib ki, uzun zaman erməni lobbisinin dəstəklədiyi Şvabe və onun kimilər hazırda Azərbaycanın qətiyyəti qarşısında hər dəfə məğlub olandan sonra fərqli yollara əl atırlar:

“Bu həddə çatdıqları üçün isə əllərinə düşən hər bir tribunadan sui-istifadə edərək Azərbaycana, ayrı-ayrı siyasətçilərə, o cümlədən ölkə rəhbərinə qarşı təhqiramiz ifadələr səsləndirməkdən belə çəkinmirlər. Təsadüfi deyil ki, Almaniya Parlamenti 2016-cı ilin iyununda qondarma "erməni soyqırımı”nı rəsmən tanıyan zaman meydanda "baş rolun ifaçısı” məhz Frank Şvabe idi. Amma bu şəxsə ABŞ-nin Nyu-Cersi ştatından olan ermənipərəst keçmiş senator Robert Menendesin taleyini xatırlatmaq istərdim. R.Menendes də Şvabe kimi erməni pulu ilə qidalanıb Azərbaycana və türk dünyasına hədyanlar yağdırırdı. İndi isə həm istefa verib, həm də dərmir barmaqlıqlar arxasında oturacağı günü gözləyir”.

Son xəbərlər

Orphus sistemi