Yuxarı
    Bağlamaq

    Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb

    BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında qarşılıqlı əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə olunub

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev səfəri çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqlə görüşüb.

    Bu barədə "Report"a DMX-nın mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə BMqT ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında qarşılıqlı əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi