Finlandiya prezidenti: “Gələcəkdə Azərbaycanla daha yüksək əməkdaşlığın şahidi olacağıq”

Finlandiya prezidenti: “Gələcəkdə Azərbaycanla daha yüksək əməkdaşlığın şahidi olacağıq” Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib
Xarici siyasət
8 Aprel , 2017 14:34
Finlandiya prezidenti: “Gələcəkdə Azərbaycanla daha yüksək əməkdaşlığın şahidi olacağıq”

Bakı. 8 aprel. REPORT.AZ/ Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. 

“Report” xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Finlandiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərimi qəbul edin.

İki onillikdən artıq davam edən ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırmışdır. Əminəm ki, biz gələcəkdə daha yüksək əməkdaşlığın şahidi olacağıq.

Cənab Prezident, ən dərin ehtiramımı, ölkənizə sülh və firavanlıq arzularımı qəbul edin”.

Son xəbərlər

Orphus sistemi