FHN: "Türkiyəyə yardım üçün 2 helikopter hazır vəziyyətdədir"

Xarici siyasət
  • 30 iyul, 2021
  • 14:24
FHN: Türkiyəyə yardım üçün 2 helikopter hazır vəziyyətdədir
Etibar Mirzəyev

"İki yanğınsöndürən helikopterimiz hazırdır. Əgər tapşırıq olarsa, onları da göndərməyə hazırıq".

“Report” xəbər verir ki, bu fikirləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

"Əgər yanğınsöndürən maşınlara da ehtiyac olarsa, 50-dən çox yanğınsöndürən maşın da göndərə bilərik", - o qeyd edib.