Yuxarı

Azərbaycan FHN qırğız həmkarlarına 5 ədəd yanğısöndürən maşın verib

Yanğınsöndürən maşınların verilməsi haqqında razılaşma ötən ilin yayında Bakıdakı danışıqlar zamanı əldə olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğız Respublikasından olan həmkarlarına 5 ədəd "АЦ-40" markalı yanğısöndürən maşın verib.

"Report"un xəbərinə görə, bu barədə Qırğız Respublikası FHN-in rəsmi saytı məlumat yayıb.

Azərbaycan FHN həmin maşınları Qırğız Respublikası FHN nümayəndə heyətinin Qəbələ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının təbii fəlakətlərin idarə olunması üzrə VII Beynəlxalq Konfransda iştirakı çərçivəsində 2014-cü il iyunun 5-də Azərbaycan və Qırğız Respublikasının fövqəladə hallar nazirlərinin ikitərəfli görüşü zamanı əldə olunan razılaşmalara əsasən təqdim edib.

Qeyd edək ki, Azərbaycan və Qırğız Respublikası FHN rəhbərləri Kəmaləddin Heydərov və Kubatbek Boronovun görüşünün yekunlarına görə, kadrlar hazırlığı sahəsində, həmçinin 10 ədəd  yanğısöndürən maşının Qırğızstana verilməsi ilə texniki yardımın göstərilməsi üzrə razılıqlar əldə olunub. Qalan 5 maşının bu il ərzində verilməsi  planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi