Yuxarı

FHN Nepalda olan azərbaycanlıların təxliyyəsi istiqamətində iş aparır

FHN Azərbaycan hökuməti adından humanitar yardımın göndərilməsi istiqamətində də hazırlıqlar görür

Bakı. 27 aprel. REPORT.AZ/ Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölkədə humanitar böhran yaşanır.

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi ilə bağlı göstərişinin yerinə yetirilməsi istiqamətində iş aparılır. Eyni zamanda, Azərbaycan hökuməti adından Nepala humanitar yardım göndərilməsinə hazırlıq görülür.

Nazirliyin bu barədə əlavə məlumat verəcəyi bildirilir.

Xatırladaq ki, son məlumatlara görə, Nepalda aprelin 25-də baş vermiş təbii fəlakət nəticəsində 2500-dən çox insan həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi