FHN-in generalı Türkiyənin Dənizli bölgəsindəki yanğınlardan danışıb

FHN-in generalı Türkiyənin Dənizli bölgəsindəki yanğınlardan danışıb "Avqustun 3-də Dənizli bölgəsində yanğın baş verdi və bu çox geniş miqyasları əhatə edirdi".
Xarici siyasət
211
4 Avqust , 2021 01:06
FHN-in generalı Türkiyənin Dənizli bölgəsindəki yanğınlardan danışıb

"Avqustun 3-də Türkiyənin Dənizli bölgəsində meşə yanğını baş verdi və bu çox geniş miqyası əhatə edirdi".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycandan gələn Fövqəladə Hallar Nazirliyinin ikinci qrupu Dənizlidə saxlanıldı və mənə məruzə olundu. Belə qərara gəldik ki, yeni gələn qrupu iki yerə bölək. Yanğınsöndürənlərin bir qrupu burada qalıb, meşələrin söndürülməsi ilə məşğul olacaq. İkinci qrup isə Muğla istiqamətinə hərəkət edəcək", - deyə E.Mirzəyev bildirib.

Son xəbərlər

Orphus sistemi