“Cənubi Qafqaz strateji baxımdan bizim üçün çox vacibdir. İspaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətləri gücləndirəcəyimizə ümid edirik”.
“Report” xəbər verir ki, bunu İspaniyanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (FESEİ Spain) prezidenti Xose Mariya Alvares de Eulat Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Centre) “Azərbaycan-İspaniya əməkdaşlığının perspektivləri” mövzusunda təşkil etdiyi vebinar zamanı deyib.
O, bu cür tədbir təşkil etdiyinə görə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Centre) İdarə Heyətinin sədri Fərid Şəfiyevə təşəkkür edib.
Öz növbəsində, Fərid Şəfiyev iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirərək onları ərazi çağırışları da daxil olmaqla, ümumi cəhətlərin birləşdirdiyini qeyd edib. F.Şəfiyev Cənubi Qafqazın yeni arxitekturasının formalaşmasında İspaniya hökumətinin dəstəyinə ümid etdiyini də vurğulayıb.
Vebinar zamanı iştirakçılar həmçinin təhlükəsizlik, beynəlxalq əlaqələr ilə bağlı məsələləri də müzakirə edəcək, habelə ikitərəfli ticarət, biznes və investisiya sahəsindəki yeni imkanlara diqqət yetiriləcək.