Fərid Şəfiyev: “Azərbaycan və Türkiyənin Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı yoxdur”
Fərid Şəfiyev: “Azərbaycan və Türkiyənin Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı yoxdur”Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı olmadığını vurğulayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı olmadığını bildirib.
“Report” xəbər verir ki, o, bu barədə “X” hesabında “Providence” jurnalında dərc olunan məqaləyə münasibət bildirərək qeyd edib.
F.Şəfiyev vurğulayıb ki, jurnalın dərc etdiyi məqalənin müəllifi Ermənistandakı revanşist gündəliyə "su tökməzdən" əvvəl yoxsulluğu və səfaləti görmək üçün orada bir az vaxt keçirsə, daha yaxşı olar.
“Tarixin də göstərdiyi kimi, nə Azərbaycanın, nə də Türkiyənin Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı var. Təcrid olunan sonuncudur. Ermənistanın hazırkı iqtisadi inkişafı Qərbdən Rusiyaya sanksiyalara məruz qalan malların çatdırılması ətrafında cərəyan edir”, - o əlavə edib.
F.Şəfiyev onu da diqqətə çatdırıb ki, Azərbaycan qonşuları ilə bir sıra transregional layihələr həyata keçirir: “Bakı artıq Zəngəzur dəhlizinin əvəzinə başqa marşruta üstünlük verib. İndi biz İrəvandan siqnallar eşidirik ki, o, nəqliyyat layihələrinə qoşulmağa hazırdır”.
As history has manifested already, neither Azerbaijan nor Turkey needs economic cooperation with Armenia. It is the latter that is isolated. Armenia's current economic growth revolves around delivering sanctioned goods from the West to Russia. Azerbaijan is doing several… https://t.co/AwP4GfFVvW