Fərid Şəfiyev: “ABŞ İran vasitəsilə nəqliyyat marşrutunun açılmasına heç bir təsir göstərə bilməyəcək”

Fərid Şəfiyev: “ABŞ İran vasitəsilə nəqliyyat marşrutunun açılmasına heç bir təsir göstərə bilməyəcək” “İran vasitəsilə nəqliyyat marşrutunun açılmasına ABŞ heç bir təsir göstərə bilməyəcək”.
Xarici siyasət
17 Noyabr , 2023 11:54
Fərid Şəfiyev: “ABŞ İran vasitəsilə nəqliyyat marşrutunun açılmasına heç bir təsir göstərə bilməyəcək”
Fərid Şəfiyev

“İran vasitəsilə nəqliyyat marşrutunun açılmasına ABŞ heç bir təsir göstərə bilməyəcək”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O İran-Azərbaycan münasibətlərinin normallaşmasından da söz açıb:

“İranla Azərbaycan arasında münasibətlər normallaşmaya doğru gedir və bu fonda layihənin tamamlanacağı gözlənilir”.

Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində dinləmələrdə Azərbaycanın İran vasitəsilə nəqliyyat əlaqəsi qurma planının güclü reaksiya ilə qarşılaşacağını və uğursuz olacağını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə noyabrın 16-da onun açıqlamalarına münasibət bildirərək bəyan edib ki, ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur: “ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur”.

Son xəbərlər

Orphus sistemi