Fərid Qayıbov: “Azərbaycan və Meksika əməkdaşlıq üçün yeni istiqamətlər axtarmağa davam edir”

Fərid Qayıbov: “Azərbaycan və Meksika əməkdaşlıq üçün yeni istiqamətlər axtarmağa davam edir” “Azərbaycan ilə Meksika arasında diplomatik əlaqələrin qurulduğu vaxtdan bəri iki ölkə arasında əlaqələr bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində inkişaf edib”.
Xarici siyasət
15 Sentyabr , 2023 20:41
Fərid Qayıbov: “Azərbaycan və Meksika əməkdaşlıq üçün yeni istiqamətlər axtarmağa davam edir”

“Azərbaycan ilə Meksika arasında diplomatik əlaqələrin qurulduğu vaxtdan bəri iki ölkə arasında əlaqələr bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində inkişaf edib”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda Meksikanın müstəqilliyinin 213 illiyinə həsr olunmuş tədbirdə deyib.

O xatırladıb ki, iki ölkə hökumətləri arasında təhsil, mədəniyyət, elm və idman sahələrində əməkdaşlıq sazişi imzalanıb.

“Biz həmçinin Meksikanın bu ilin iyun ayında Bakıda keçirilən Bədən Tərbiyəsi və İdmana Məsul Nazirlərin və Yüksək Vəzifəli Rəsmilərin VII Beynəlxalq Konfransında (MINEPS VII) iştirakını yüksək qiymətləndiririk”, - nazir bildirib.

O, ölkələr arasında əməkdaşlığın həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli şəkildə davam etdiyini bildirib. “Biz həm işğal zamanı, həm də ərazilərimiz azad edildikdən sonra Azərbaycanın ədalətli mövqeyi ilə bağlı Meksikanın dəstəyini yüksək qiymətləndiririk”, - nazir əlavə edib.

F.Qayıbovun sözlərinə görə, iki ölkə arasında coğrafi məsafənin olmasına baxmayaraq, əməkdaşlıq üçün yeni mümkün sahələrin axtarışları davam edir və qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin daha da inkişafına imkan yaradır.

Son xəbərlər

Orphus sistemi