Bakı. 5 noyabr. REPORT.AZ/ "Fələstin azərbaycanlılar tərəfindən dəstək və həmrəylik hiss edir".
“Report” xəbər verir ki, bunu Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin Bakıda keçirilən iclasını jurnalistlərə şərh edən Fələstin xarici işlər naziri Riyad əl-Maliki deyib.
“Bu konfransın əhəmiyyəti aydındır. Asiya ölkələrində bütün səfirlər bir yerdə, yəni bu dəfə Bakıda toplaşaraq Fələstin dövləti qarşısında duran problemləri müzakirə edirlər”, - nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan Fələstin üçün dost ölkə olduğundan Bakının bu tədbir üçün seçilməsi təsadüfi deyil.
“
O vurğulayıb ki, səfirlərin görüşünün Bakıda keçirilməsi təşəbbüsü xarici işlər naziri Elmar Məmmədyarova məxsusdur: “Bakıdan daha yaxşı yer tapa bilmədik. İsrail tərəfindən məhdudlaşdırıcı tədbirlər üzündən bu cür tədbirləri Fələstində keçirə bilmirik. Torpaqlarımızın İsrail tərəfindən işğalı ucbatından bizim rəsmi şəxslər Fələstinə sərbəst gəlib-getmək imkanından məhrumdur. Səfirlərimizdən bəziləri də məhdudlaşdırıcı tədbirlər səbəbindən Fələstinin işğal olunmuş ərazilərinə gələ bilmirlər. Ona görə də biz Fələstinə yaxın olan, üstəlik dost ab-havalı bir yer axtarırdıq və Bakını seçdik”.