Fələstin səfirliyi: “Azərbaycan səfirliyinin əməkdaşının öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq”

Fələstin səfirliyi: “Azərbaycan səfirliyinin əməkdaşının öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq” Fələstinin Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum və əməkdaşının ölümü ilə əlaqədar başsağlığı verib.
Xarici siyasət
27 Yanvar , 2023 15:14
Fələstin səfirliyi: “Azərbaycan səfirliyinin əməkdaşının öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq”

Fələstinin Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücum və əməkdaşın ölümü ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin feysbuk" səhifəsində məlumat verilib.

“Azərbaycan Respublikası səfirliyinin əməkdaşı cənab Orxan Əsgərovun öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq. Həlak olanın ailəsinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarımıza dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzu edirik”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər

Orphus sistemi