Federika Mogerini: "Azərbaycanla yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə etmişik"

Federika Mogerini: "Azərbaycanla yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə etmişik" Bakı. 20 dekabr. REPORT.AZ/ Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə etmişik.
Xarici siyasət
20 Dekabr , 2017 18:17
Federika Mogerini: Azərbaycanla yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə etmişik
REUTERS / JOSHUA ROBERTS

Bakı. 20 dekabr. REPORT.AZ/ "Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə etmişik".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini deyib.

Onun fikirləri bu gün Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası tərəfindən nəşr olunan Azərbaycanla bağlı birgə hesabatda əksini tapıb.

"Biz birlikdə gənclər üçün daha çox imkanlar axtaracağıq ki, onlar görüşüb səyahət edə və bizneslərini inkişaf etdirə bilsinlər, həmçinin insan hüquqlarının müdafiəsi üçün yeni şərait yaransın və vətəndaşlarımıza real faydalar qazandırmaqla enerji əlaqələrinə töhfə verəcəyik", - F.Mogerini bildirib.

Son xəbərlər

Orphus sistemi