XİN rəsmisi: Azərbaycan və Bolqarıstan arasında dinamik əlaqələr var

XİN rəsmisi: Azərbaycan və Bolqarıstan arasında dinamik əlaqələr var Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı hörmət və birgə əməkdaşlığa əsaslanan dinamik əlaqələr var.
Xarici siyasət
1 İyul , 2024 12:06
 XİN rəsmisi: Azərbaycan və Bolqarıstan arasında dinamik əlaqələr var

Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı hörmət və birgə əməkdaşlığa əsaslanan dinamik əlaqələr var.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib.

“Ölkələrimiz arasında tərəfdaşlığın gücləndirilməsi bizə yeni məqsədlərə nail olmağa imkan verir, ona görə də daimi dialoqun davam etdirilməsi vacibdir”, - o bildirib.

F.Rzayevin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafı tarixində əlamətdar hadisə olub.

O, həmçinin qeyd edib ki, Bakı ilə Sofiya arasında humanitar, mədəniyyət və turizm sahələrində fəal qarşılıqlı əlaqə mövcuddur.

Son xəbərlər

Orphus sistemi