Fariz İsmayılzadə: Sertifikat proqramı mütəxəssislərin hazırlanması üçün böyük layihədir

Fariz İsmayılzadə: Sertifikat proqramı mütəxəssislərin hazırlanması üçün böyük layihədir Sertifikat proqramı iqtisadiyyatın kritik sahələrində gənc mütəxəssislərin hazırlanması üçün çox böyük layihədir.
Xarici siyasət
23 Fevral , 2024 16:19
Fariz İsmayılzadə: Sertifikat proqramı mütəxəssislərin hazırlanması üçün böyük layihədir

Sertifikat proqramı iqtisadiyyatın kritik sahələrində gənc mütəxəssislərin hazırlanması üçün çox böyük layihədir.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə İtaliya-Azərbaycan Universitetlərinin təşkil etdiyi “Davamlı Bağçılıq Sistemləri” sertifikat proqramının Bakı modulunun başa çatmasına həsr olunmuş tədbirdə deyib.

“Bir neçə il əvvəl kənd təsərrüfatı və qida elmləri sahəsində gənc mütəxəssislərin hazırlanması təşəbbüsü ilə çıxış etdik. Biz bunu italiyalı tərəfdaşlarımızla, xüsusən də Bolonya Universiteti ilə birlikdə İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində həyata keçiririk”, - o bildirib.

Prorektor qeyd edib ki, italiyalı tərəfdaşlarla iş təkcə kənd təsərrüfatı sahəsində deyil, həm də elektrotexnika, memarlıq, dizayn və s. sahələrdə aparılır: “Sertifikat proqramının ilk həftəsində italiyalı mütəxəssislər Azərbaycan şirkətlərinin nümayəndələri üçün treninqlər keçiriblər. Biz, həmçinin iki ölkə şirkətlərinin nümayəndələrinin bir-birini tanıması və əməkdaşlıq sahələrini müzakirə etməsi üçün sərgi təşkil etdik”.

Son xəbərlər

Orphus sistemi