Euronews Naxçıvanla bağlı videoçarx hazırlayır

Euronews Naxçıvanla bağlı videoçarx hazırlayır Euronews telekanalı Naxçıvanla bağlı videoçarx hazırlayır.
Xarici siyasət
11 İyul , 2024 17:29
Euronews Naxçıvanla bağlı videoçarx hazırlayır

Euronews telekanalı Naxçıvanla bağlı videoçarx hazırlayır.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvanla bağlı videoçarx hazırlamaq məqsədilə muxtar respublikaya gələn Euronews telekanalının əməkdaşları müxtəlif yerlərdə çəkiliş aparıblar.

Videoçarxda Naxçıvanın qədim və zəngin tarixi irsi, abidələri, təbiəti, turizm potensialı, milli mətbəxi öz əksini tapacaq. Naxçıvan şəhərindəki Xan Sarayında aparılan çəkilişlər əsnasında yaradıcı heyət xalqımızın tarixini əks etdirən eksponatlarla tanış olublar.

Bundan əlavə, Naxçıvan şəhərindəki Nuh peyğəmbərin məzarüstü türbəsində, Ordubad və Culfa rayonlarında da çəkilişlər aparılıb.

Euronews telekanalının əməkdaşı Anka Ulea yerli jurnalistlərlə söhbətində Naxçıvanda çoxlu tarixi və maraqlı, əvvəllər başqa ölkələrdə rast gəlmədiyi məkanların olduğunu deyib. O, Naxçıvan təbiətinin füsunkar, insanlarının isə çox qonaqpərvər olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi