Ermənistanın hakim partiyası: “Elə müqavilə imzalamalıyıq ki, yeni müharibə ehtimalı olmasın”

Xarici siyasət
  • 08 noyabr, 2023
  • 09:00
Ermənistanın hakim partiyası: “Elə müqavilə imzalamalıyıq ki, yeni müharibə ehtimalı olmasın”

"Sülh müqaviləsi imzalanandan sonra əsas yük daşımaları Azərbaycan ərazisindən keçə bilər".

“Report” xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatı Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu marşrut Ermənistan üçün daha sərfəlidir: "Çünki bu marşrut daha qısa və rahatdır. Həmin marşrut sovet dövründə də fəaliyyət göstərirdi, lakin sülh sənədi olmadan onu işə salmaq mümkün deyil".

Deputatın fikrincə, elə müqavilə imzalanmalıdır ki, yeni müharibə ehtimalı olmasın.