Ukrayna mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatlarından yazıb

Ukrayna mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatlarından yazıb Ermənistanın Azərbaycana qarşı təxribatları Ukrayna mediasında tirajlanıb 
Xarici siyasət
30 İyul , 2021 19:56
Ukrayna mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatlarından yazıb

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq ağır silahlardan istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması faktı xarici KİV-in diqqət mərkəzindədir.

"Report" xəbər verir ki, Ukraynanın nüfuzlu "Qolos" və "Teleqraf" informasiya agentlikləri Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribata geniş diqqət ayırıb. Dərc olunan materiallarda qeyd olunub ki, son zamanlar Ermənistan və Azərbaycan dövlət sərhədində atəşkəş tez-tez pozulur. Bildirilib ki, Ermənistanın atəşkəsi pozması regionda vəziyyəti yenidən gərginləşdirib. Ukrayna mətbuatı mövzu ilə bağlı azərbaycanlı jurnalist, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayırıb.

Məsələ ilə bağlı açıqlama verən Fərid Şahbazlı bildirib ki, iki ölkənin dövlət sərhədində atəşkəs Ermənistan tərəfindən davamlı olaraq pozulur. O qeyd edib ki, bu təxribatlar son günlər daha intensiv xarakter alıb: "Ötən ilin noyabrında 44 günlük müharibədən sonra Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanmış birgə bəyanatda Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxaracağı ilə bərabər, həm də atəşkəsin qorunacağına dair öhdəlik götürüb. Lakin, Ermənistan atəşkəsə əməl etmir və Azərbaycan tərəfini ağır silahlardan atəşə tutur. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub, yaralanıblar".

Fərid Şahbazlı vurğulayıb ki, Ermənistanın niyyəti sülh müqaviləsini imzalamaqdan yayınmaq, eyni zamanda iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqdan boyun qaçırmaqdır.

Son xəbərlər

Orphus sistemi