Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib.
Xarici siyasət
22 Noyabr , 2023 11:05
Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Bəyanatda qeyd olunub ki, rəsmi İrəvan Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edir: “Biz münasibətlərin tənzimlənməsi üçün noyabrın 21-də Azərbaycana sülh müqaviləsi ilə bağlı 6-cı versiyasını təhvil vermişik”.

Ermənistan XİN-dən bildirilib ki, danışıqlar prosesinin dalana dirənməməsi və regionda davamlı sülhə nail olmaq üçün Ermənistan sazişlə bağlı öz müşahidələrini Azərbaycana çatdırıb: “Biz yenidən danışıqlarda iştirak etməyə hazırıq”.

Eyni zamanda qurum danışıqlar zamanı İrəvanın əsas götürəcəyi bir neçə prinsipin adını çəkib: “Bu, ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması, Alma-Ata Bəyannaməsi və ən son Sovet xəritələri əsasında delimitasiya prosesinin gələcəkdə həyata keçirilməsi, ölkələrin suverenliyinə hörmət əsasında regional kommunikasiyaların açılmasıdır”.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 21-də rəsmi Bakının sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu bəyan edib.

“Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”, - bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi