Ermənilərin SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsində təxribatının qarşısı alınıb

Ermənilərin SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsində təxribatının qarşısı alınıb Fondun nümayəndəsi SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb
Xarici siyasət
28 Fevral , 2018 21:48
Ermənilərin SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsində təxribatının qarşısı alınıb

Bakı. 28 fevral. REPORT.AZ/ SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı videoçarxların yayılmasına görə bu ölkədə fəaliyyət göstərən “Erməni təşəbbüsü” Fondu təxribata əl atmağa cəhd edib.

"Report"un məlumatına görə, “SOCAR Energy Ukraine”dən AZƏRTAC-a bildiriblər ki, fondun nümayəndəsi SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb və qarışıqlıq yaratmaq istəyib.

Hadisə yerinə polis çağırılıb və erməni məntəqədən uzaqlaşdırılıb.

Xatırladaq ki, fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırımına dair videoçarx yayımlanır.

Videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumatlar, faciəyə dair fotolar yer alıb.

Son xəbərlər

Orphus sistemi