Ərəstü Həbibbəyli: "Yeni çağırışlar, dünyada islamofobiyanın artması türkdilli ölkələrin qarşılıqlı fəaliyyətini xüsusən vacib edir"

Ərəstü Həbibbəyli: "Yeni çağırışlar, dünyada islamofobiyanın artması türkdilli ölkələrin qarşılıqlı fəaliyyətini xüsusən vacib edir" Bakıda "Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilir
Xarici siyasət
10 Noyabr , 2017 11:42
Ərəstü Həbibbəyli: Yeni çağırışlar, dünyada islamofobiyanın artması türkdilli ölkələrin qarşılıqlı fəaliyyətini xüsusən vacib edir
Report/ Firi Salim

Bakı. 10 noyabr. REPORT.AZ/ "Bu gün dünyada baş verən hadisələrin və separatizmin müşahidə olunduğu Kataloniyada baş verən hadisələr kimi mövcud çağırışların fonunda əməkdaşlıq mühüm rol oynayır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli bu gün Bakıda keçirilən "Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfransda deyib.

"Regionumuzda yeni çağırışlar yaranması, dünyada islamofobiyanın artması və başqa proseslər türkdilli ölkələrin qarşılıqlı fəaliyyətini, onların bir-birinə dəstək olmasını və sıx əməkdaşlığını xüsusən vacib edir", - o bildirib.

Öz növbəsində Türk Şurasının Baş katibi Ramil Həsənov qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın, eləcə də təşkilatın digər ölkələrinin mühüm coğrafi-strateji mövqeyi şuraya xüsusi əhəmiyyət qazandırır.

"Təşkilata daxil olan ölkələr bir neçə istiqamət üzrə əməkdaşlığa xüsusi önəm verir. Bunlar arasında informasiya texnologiyaları, kosmik sənaye, terrorla birlikdə müasir dövrün bəlasına çevrilmiş kibercinayətkarlıqla mübarizə sahələrindəki əməkdaşlığı göstərmək olar. Şura bütün bu istiqamətlərdə layihələr həyata keçirir", - R.Həsənov bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Ciydəm Tənkər Göksalın sözlərinə görə, türkdilli ölkələr üçün həmçinin qarşılıqlı turizmi inkişaf etdirmək çox vacibdir: "Bu istiqamətdə geniş işlər görülməlidir. Bu, Türk dünyasının dəyərlərinin qorunub saxlanmasına və inkişafına töhfə verəcək."

Son xəbərlər

Orphus sistemi