Yuxarı
    Bağlamaq

    Səfir: Ərəblər “Ağ Şəhər” layihəsinə böyük maraq göstərir

    BƏƏ-dən Azərbaycana yüksək səviyyəli səfərlərin baş tutması da nəzərdə tutulur

    Bakı. 2 mart. REPORT.AZ/ “Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri ticarət dövriyyəsi arasında hər il artım olur”. Bunu “Report”a açıqlamasında Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanov deyib.

    Səfir xatırladıb ki, ötən ilin noyabr ayında Bakıda 5-ci hökumətlərarası komissiyasının iclası keçirilib və orada ikitərəfli əlaqələrlə bağlı müxtəlif mövzulara toxunulub: “Hər iki tərəf bu komissiyanın uğurlu keçdiyini təsdiqləyib. Həm siyasi, həm iqtisadi sahələrdə bizim əlaqələrimiz çox yaxşıdır, yüksək səviyyədədir. Ticarət dövriyyəsində artım var, amma burada nəzərə almaq lazımdır ki, BƏƏ həmçinin təkrar ixracı da hesablayır, bunu da nəzərə alsaq, o zaman bizim ticarət dövriyyəmiz ötən il 300 milyon dollar səviyyəsini keçib, bu da 2013-cü illə müqayisədə 27% artım deməkdir”.

    Diplomat onu da deyib ki, ərəblər Azərbaycandakı layihələrə kifayət qədər böyük maraq göstərirlər, bu marağı doğuran layihələrdən biri də “Ağ Şəhər” layihəsidir: “Həmçinin BƏƏ Azərbaycanın kənd təsərrüfatı sahəsinə də maraq göstərirlər ki, buradan BƏƏ-yə kənd təsərrüfatı malların ixracını həyata keçirmək mümkün olsun”.

    Turizm sahəsinə toxunan səfir bildirib ki, ərəblərin Azərbaycanın turizm sahəsinə marağı var: “Yerli ərəblər eşidəndə ki, bizdə Şahdağda xizək sürmək imkanları var, ona çox böyük maraq göstərirlər. Həmçinin onlara ölkəmizdə meşə və dağ istirahəti ilə maraqlanırlar. BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı da ilbəil artır. Sadəcə, bilirsiniz ki, Azərbaycanda vizanın alınması bir az vaxt aparır, ərəblərin mentaliteti də elədir ki, onlar istəyirlər ki, vizanı tez alsınlar”.

    Sonda səfir bildirib ki, bu il BƏƏ-dən Azərbaycana yüksək səviyyəli səfərlərin baş tutması da nəzərdə tutulur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi