Ərəb Parlamentinin sədri: Son hadisələr nəticəsində bir çox ölkələr iqtisadi böhranla üzləşib

Ərəb Parlamentinin sədri: Son hadisələr nəticəsində bir çox ölkələr iqtisadi böhranla üzləşib Dünyada baş verən son hadisələr nəticəsində bir çox ölkələr iqtisadi böhranla üzləşib. Mövcud problemlərdən həll yolu tapmaq üçün birgə əməkdaşlıq çox önəmlidir.
Xarici siyasət
22 Fevral , 2024 12:43
Ərəb Parlamentinin sədri: Son hadisələr nəticəsində bir çox ölkələr iqtisadi böhranla üzləşib

Dünyada baş verən son hadisələr nəticəsində bir çox ölkələr iqtisadi böhranla üzləşib. Mövcud problemlərdən həll yolu tapmaq üçün birgə əməkdaşlıq çox önəmlidir.

"Report" xəbər verir ki, bu fikirləri Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlı inkişafla bağlı hədəflərə nail olmaq müştərək hədəfdir: "Ərəb və Asiya ölkələrinin bütün proseslərdə yeri olmalıdır. Müsəlman ölkələrini narahat edən əsas məsələlərdən biri də məhz Fələstindir. Asiya ölkələrinin orada baş verən vəhşi qətliama qarşı mövqelərini dəstəkləyir və səylərini daha da gücləndirməyə çağırış edirəm. Fələstin məsələsi ilə bağlı aidiyyəti üzrə komitələrin Qahirədə birgə iclas keçirməsini təklif edirəm".

Son xəbərlər

Orphus sistemi