Ərəb ölkələrindəki icmamız Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktını pisləyib

Ərəb ölkələrindəki icmamız Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktını pisləyib Ərəb ölkələrindəki icmamız Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktını pisləyib.
Diaspor
27 Yanvar , 2023 18:40
Ərəb ölkələrindəki icmamız Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktını pisləyib

Ərəb ölkələrindəki icmamız Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktını pisləyib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, İraq, Sudan, Livan və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələrində ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı Azərbaycan icmasının bəyanatı yayılıb.

Bəyanatda bildirilib ki, ərəb ölkələrində yaşayan soydaşlarımızın İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktını şiddətlə pisləyir. Soydaşlarımızın terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşının xatirəsini ehtiramla andığı, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb etdiyi, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözlədiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi