Ərəb Liqasının Baş katibi IX Qlobal Bakı Forumunda iştirak edəcək

Ərəb Liqasının Baş katibi IX Qlobal Bakı Forumunda iştirak edəcək Bu gün Ərəb Liqasının Baş katibi Əhməd Əbul Qeyt Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib.
Xarici siyasət
28 Aprel , 2022 11:14
Ərəb Liqasının Baş katibi IX Qlobal Bakı Forumunda iştirak edəcək

Bu gün Ərəb Liqasının Baş katibi Əhməd Əbul Qeyt Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib.

"Report" xəbər verir ki, görüş zamanı Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumuna hazırlıq, toplantıda müzakirə olunacaq mövzular üzrə fikir mübadiləsi aparılıb.

Əhməd Əbul Qeyt Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Qlobal Bakı Forumunda iştirakla bağlı dəvətini qəbul edib.

Görüşdə Azərbaycanın dünyada artan əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında reallaşdırdığı önəmli layihələr, yaranan qlobal ərzaq təhlükəsizliyi müzakirə edilib.

Eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Rusiya-Ukrayna müharibəsində sülh prosesinin qurulması istiqamətində atdığı addımlar qeyd olunub.

Sonda Əhməd Əbul Qeytə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər” və Dünya Bankının sabiq vitse-prezidenti olan İsmayıl Seragəldinin “Nizami Gəncəvi: Şair və Müdrik” kitabları və xüsusi nəşr olan “The Magic of the Pen Select Miniatures from the Khamsa of Nizami Ganjavi” kitabı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi