Ərdoğan: "Qarabağın azadlığı üçün gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür"

Ərdoğan: "Qarabağın azadlığı üçün gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür" 30 ildən sonra Qarabağın azad olunması istiqamətində gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür.
Xarici siyasət
10 Yanvar , 2024 16:50
Ərdoğan: Qarabağın azadlığı üçün gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür

30 ildən sonra Qarabağın azad olunması istiqamətində gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) qurulmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə beynəlxalq şahmat taxtasında oyun quran dövlətdir: "Hər kəs bunu bilir. Avropadan Asiyaya qədər dünyanın müxtəlif qitələrindəki müttəfiqlərimiz bu həqiqəti ifadə edirlər".

Dövlət başçısı qeyd edib ki, Türkiyə xarici və daxili siyasətində öz maraqlarına uyğun davranır: "Suriya və İraqın şimalında həyata keçirdiyimiz əməliyyatlar da bunu göstərir".

R.T.Ərdoğan xatırladıb ki, dünyanın geosiyasi sistemində yeni reallıqlar və təhlükəsizlik sistemi yaranıb.

Son xəbərlər

Orphus sistemi